Ukrayna BU SİLAHLA Rusiyanı vurmaq üçün ABŞ-dan İCAZƏ İSTƏYİR

Ukrayna ABŞ prezidenti Co Baydenin administrasiyasından Rusiya ərazisinə “Tomahawk”raketləri ilə zərbə endirmək üçün icazə ala bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bu barədə nəşr Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Yeqor Çernevanın sözlərinə istinad edərək xəbər verir.

O, Ukrayna tərəfindən Rusiya ərazisindəki müdafiə obyektlərinə, xüsusilə də silah və hərbi texnika istehsal edən zavodlara zərbə endirmək məqsədilə ABŞ-dan xüsusi icazə alınmasının vacib olduğunu vurğulayıb.

Bildirib ki, bu cür zərbələr Ukraynanın raketlər və pilotsuz uçuş aparatları ilə Rusiya ərazisindəki hədəfləri vurması üçün imkanlar yaradacaq. Ancaq bu addım yalnız ABŞ-ın verdiyi icazə əsasında mümkün olacaq.

Bundan əlavə, ABŞ-ın bu cür bir razılıq verib-verməyəcəyi barədə hələlik rəsmi bir açıqlama verilməyib, lakin Ukraynanın silahlandırma üzrə tərəfdaşları ilə davamlı əlaqələrini nəzərə alaraq, bu məsələnin gələcəkdə müzakirə olunacağı ehtimalı yüksəkdir.

Musavat.com

21.11.2024 16:10
836