Ukrayna bir gündə Rusiyanın iki helikopterini məhv etdi

Rusiya ordusuna məxsus K-52 helikopteri məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb.

Məlumata görə, helikopter Baxmut istiqamətində vurulub.

Ukrayna ordusunun 47-ci əlahiddə mexanikləşdirilmiş briqadasının döyüşçüləri Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında daha bir K-52 helikopterini məhv ediblər.

17.08.2023 16:18
355