Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində yerli əhalidən ölənlər var.
Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O, bildirib ki, son hücumlar zamanı 5 sakin həyatını itirib, bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, bu saatlarda Ukrayna ordusunun vilayətə hücumu davam edir.
Musavat.com