Ukrayna Azərbaycana təşəkkür etdi

Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə minnətdarlığımızı bildiririk.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Andrey Onişenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqların sağlamlığının yaxşılaşdırılması və reabilitasiyasının aparılması imkanlarına görə Azərbaycan Respublikasına çox minnətdarıq:

"Artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bu, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın əsas elementidir".

11.07.2025 01:56
700