Ukraynada SOCAR-n boykot edilməsi ilə bağlı kampaniya başlayıb.
Buna səbəb Azərbaycan şirkətinin “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etməsidir. Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan “Qazprom” böyük pullar qazanır, rəsmi Kiyev də tranzit haqqı alır.
O zaman nə üçün bu tranzitin ləğv edilməsi tələb olunmur?
Bəs vətəndaşlarımız hazırda Ukraynada Azərbaycan əleyhinə aparılan bu kampaniyanı necə qiymətləndirirlər?
TV Musavat mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com