“Kiyevin “B planı” var. Bu plan bütün lazımi silah növlərinin istehsalı üçün lisenziyanın alınmasından ibarətdir”.
Oxu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri vurğulayıb ki, əgər Qərbin hərbi yardımının həcmi azalarsa, Ukrayna buna əl ata bilər.
“Qərb reaksiyasını, bir çox ukraynalılar isə ekzistensial təhlükə hissini itiriblər”, – V.Zelenski bildirib.
O əlavə edib ki, bir neçə Avropa ölkəsinin kəşfiyyat xidmətləri Rusiya tərəfindən onların ərazisinə hücum ehtimalını öyrənməyə başlayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.40-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.