Ukrayna Ali Radası İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi tanıyıb və çeçenlərin soyqırımını pisləyib.
Konkret.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak bildirib. O deyib ki, Rada Çeçenistanı işğal olunmuş ərazi kimi tanıyıb.
Deputatın sözlərinə görə, Ukrayna parlamenti də iki çeçen müharibəsi zamanı Rusiya ordusunun çeçen xalqına qarşı törətdiyi soyqırımı pisləyib.
“Oktyabrın 18-də Ukrayna Ali Radası 287 səslə Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınmasını dəstəklədi. Parlamentarilər çeçen xalqının soyqırımını pislədilər”, – Jeleznyak deyib.