Almaniya Xarici İşlər Nazirliyi Ukraynanın “istənilən halda” Aİ-dən 50 milyard avro alacağına söz verib.
Musavat.com xəbər verir ki, bu bəyanatla bu gün Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib. Onun sözlərinə görə, Berlin Macarıstanın müqavimətinə baxmayaraq, Aİ-nin “istənilən halda” Ukraynaya dəstəyini davam etdirəcəyindən əmindir.
“Federal hökumət olaraq bizə aydındır ki, Ukraynaya yardım proqramı ən yaxşı və ən davamlı həll yolu olaraq qalır”, - o, deyib.
Musavat.com