“Ukrayna 2029-cu ilə qədər müharibəni davam etdirə bilər”  

Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik deyib ki, Almaniya və digər ölkələr Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsini öz üzərinə götürsə, Ukrayna 2029-cu ilə qədər müharibəni davam etdirə bilər.

Musavat.com xəbər verir ki, Melnik fikrinin davamında bunları qeyd edib:\


“Almaniyanın gələcək kansleri Fridrix Merz vəzifəyə başlayan kimi Ukraynaya icbari hərbi yardım haqqında qanun qəbul etməlidir. Analoji qanunlar digər Avropa ölkələrində, eləcə də G7-yə daxil olan ölkələrdə qəbul edilməlidir”- Andrey Melnik deyib.

Cavanşir ABBASLI
Musavat.com

20.04.2025 15:29
465