Oktyabrın 3-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Voronej, Kursk və Bryansk vilayətləri üzərində 113 PUA məhv edib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 73 PUA Belqorod vilayətinin ərazisi üzərində, 25 PUA Voronej vilayətinin ərazisi üzərində, 14 PUA Kursk vilayətinin ərazisi üzərində və biri Bryansk vilayətinin ərazisi üzərində vurulub. Rusiyanın havadan müdafiə sistemləri Kursk səmasında daha dörd təyyarə tipli PUA-nı məhv edib. Bu barədə regionun qubernatoru Aleksey Smirnov Teleqram kanalında yazıb. “Müdafiəçilərimizə təşəkkür edirəm”, - deyə o qeyd edib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.