Udqunmada çətinlik çəkmək xərçəng əlaməti ola bilər

Türkiyədə qida udmaqda çətinlik çəkmə şikayəti ilə xəstəxanaya müraciət edən qadında mədə xərçəngi aşkarlanıb.

Musavat.com demokrat.az-a istinadən xəbər verir ki, türkiyəli qastroenterologiya Mütəxəssisi Kamil Özdil, udma çətinliyi şikayətlərinin həkim tərəfindən qiymətləndirilməli olduğunu söyləyib.

O bildirib ki, sözagedən xəstəlik mədə xərçəngindən fərqli bir xərçəngdir. Bu, diaqnoz qoyarkən həkimləri çaşdıran bir tipdir. Xəstəliyin müayyən edilməsi üçün bir sıra araşdırmalar apardıq. Belə qənaətə gəldik ki, xəstələr, əvvəlcə kimyaterapiya almalıdır.

Sonra uyğun şərtlər yaranarsa, cərrahiyyə əməliyyatı aparılmalıdır. Xərçəngin niyə udma çətinliyinə səbəb olduğuna gəldikdə isə, şiş mədə və qida borusunun keçid hissəsinə təsir edir. Buna görə də qidalanmaq mümkün olmur”.

10.04.2024 21:13
924