Ucuz xalçalarla gələn təhlükə: Mütəxəssislərdən ciddi xəbərdarlıq - VİDEO

Sosial şəbəkələrdə qiyməti 5 manatdan başlayan xalçalar reklam olunur. Lakin bu xalçaların hansı materialdan hazırlandığı və keyfiyyəti barədə məlumat verilmir.

Satıcı Fəryad Nuralinin sözlərinə görə, sözügedən xalçalar Türkiyə və Özbəkistan istehsalıdır:

“Normal keyfiyyətdə olan xalçaların qiyməti 80 manatdan başlayır. Sosial şəbəkələrdə reklam olunan həmin xalçalar kiçikölçülü, sintetik və kimyəvi tərkiblidir”.

Həkim Abbas Bağırov isə deyir ki, bu xalçalardan istifadə orqanizmə mənfi təsir göstərir:

“Həm allergik reaksiyaları artırır, həm də aşağı ətraf venalarının genişlənməsinə səbəb olur. Xroniki yorğunluğa, ayaqda dəri xəstəliklərinin fəallaşmasına və sağalmasının uzanmasına gətirib çıxarır”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

14.02.2024 23:40
645