"Üçtərəfli razılaşmaların yerinə yetirilməsi Cənubi Qafqazda nizamlanmaya aparan yoldur"

Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sənədlərə tam sadiqdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz ondan çıxış edirik ki, üçtərəfli razılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya nail olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik", deyə Kremlin sözçüsü vurğulayıb.

14.05.2023 18:08
440