Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com-un APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Ucar rayonunun Qazıqumlaq kənd yolunda qeydə alınıb.
“Mescedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qazıqumlaq kənd sakini, 2019-cı ildə anadan olmuş Əsmər Bəhruz qızı Seyidzadə dünyasını dəyişib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.