Ucarda qaçırılan 16 yaşlı qız barədə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk hesabında paylaşım edib.

KEMAL .png (696 KB)

O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

Musavat.com qaçırılan qızın taleyi ilə maraqlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Şahanə Rəhimli
Musavat.com

09.09.2024 15:06
1202