Ucarda 54 yaşlı qadın intihar edib

Ucarda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qarabörk kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Aybəniz Əliağa qızı Ələkbərova özünü həyətdəki ağacdan asaraq intihar edib.

İki övladı olan Aybəniz Ələkbərovanın intiharının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

31.07.2023 21:02
370