Üç mərhələdə 227 yaşayış məntəqəsini əhatə edən ərazilər minalardan təmizlənəcək

Azad edilmiş ərazilərdə üç mərhələdə 33 795 hektar yaşayış ərazisinin tamamilə minalardan təmizlənməsi planlaşdırılır.

APA xəbər verir ki, bunu Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı ANAMA sədrinin müavini Samir Poladov deyib.

O vurğulayıb ki, bu da təxminən 227 yaşayış məntəqəsini əhatə edir.

06.10.2022 11:44
489