Üç gün əvvəl övladına toy etmişdi, bu gün özünü asdı

Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib.

Musavat.com "Report"a istinadla xəbər verir ki, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib.

Faktla bağlı araşdırma aparılır.

17.07.2023 02:17
1485