“Qlobal Bakı Forumu mühüm və aktual məsələlərin müzakirəsi üçün yaxşı fürsətdir”.
Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.
O, forumun keçirilməsinə və müzakirələr üçün belə qlobal platformanın yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və forumun təşkilatçılarına təşəkkürünü bildirib.
T.Livni multikulturalizmin vacibliyini və BMT-də islahatların aparılmasının zəruri olduğunu da qeyd edib.