TV-də “sürpriz”in sonu bilindi: “Hamısı cəzalandı”

Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumatla yaranan qalmaqal hələ yaddaşlardadır.

Xanəndə verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

“Həmin Zaur” verilişində qonaq olan sənətçi bunu edənlərin artıq cəzalandırıldığını açıqlayıb: “Bu məsələ artıq bitdi. Bunu edənlər cəzalarını aldı. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Lakin xəbərim olmadan TV-də və yersiz sürprizləri təkcə mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz”./axşam.az

14.11.2024 13:12
3680