TUSAŞ-dakı hücumu həyata keçirən terrorçuların kimliyi müəyyənləşdi - FOTO

Ankaranın Qəhrəmanqazan rayonunda Türkiyə Aerokosmik Sənayesi (TAİ) qarşısında törədilən xain hücumu həyata keçirən terrorçuların kimliyi müəyyən edilib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya, X sosial media hesabında verdiyi açıqlamada TUSAŞ-a qarşı həyata keçirilən xain terror hücumunda zərərsizləşdirilən terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayıb. Nazirin bildirdiyinə görə, hücumu həyata keçirənlər "Rojger" kod adlı Əli Örek və PKK terror təşkilatı üzvü Mine Sevjin Alçiçek olub. Əli Yerlikaya təhlükəsizlik qüvvələrinin terrorla mübarizədə qətiyyətlə fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb və bu cür təhdidlərin qarşısının alınması üçün əməliyyatların davam edəcəyini bildirib.

Qeyd edək ki, bu hücum PKK terror təşkilatının Türkiyənin strateji qurumlarına qarşı təhdidlərinin bir hissəsi olaraq qiymətləndirilir. Türkiyə rəsmiləri hadisəni qətiyyətlə qınayıb və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıblar. 

 

Musavat.com

Screenshot_3.png (30 KB)

24.10.2024 21:47
1145