Türkmənistanın bu il Azərbaycana qaz satışı 3 milyard kubmetrə çatacaq

Türkmənistan bu ilin sonuna qədər qaz hasilatının 80 milyard kubmetri ötəcəyini gözləyir ki, bunun da təxminən 73 milyard kubmetri “Türkmənqaz”ın payına düşəcək.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə “Türkmənistanın Neft və Qazı” beynəlxalq konfransında dövlət konserninin sədr müavini Murat Arçayev məlumat verib.

2022-ci ildə ölkədə 82,7 milyard kubmetr qaz hasil edilib.

Arçayevin sözlərinə görə, bu il qaz ixracının 40 milyard kubmetrə yaxın olacağı proqnozlaşdırılır. Bu hıcmin təqribən 35 milyard kubmetri “Türkmənqaz” tərəfindən təmin olunacaq.

Çin əsas ixrac istiqaməti olaraq qalacaq və oraya 30 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bundan əlavə, hazırda türkmən qazının Özbəkistan, Rusiya, Azərbaycana tədarükləri də həyata keçirilir. Azərbaycanla İran vasitəsilə ildə 3 milyard kubmetrə qədər svop müqaviləsi var.

Musavat.com

26.10.2023 13:30
612