Türkmənistan “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair çoxtərəfli saziş”ə (TRASEKA) qoşulub.
Musavat.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2023-cü il noyabrın 14-də Türkmənistan 1998-ci ilin sentyabrında Bakıda qəbul edilmiş “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”ə qoşulub. Bildirilir ki, sənədin məqsədi Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək, habelə beynəlxalq yük daşımalarını təşviq etmək və asanlaşdırmaq, hərəkətin təhlükəsizliyini təmin etmək, nəqliyyat siyasətini uyğunlaşdırmaq və müəyyən nəqliyyat növləri arasında rəqabət üçün bərabər şərait yaratmaqdır.
Qeyd edək ki, Böyük İpək Yolunun bərpasını nəzərdə tutan “Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizində 13 ölkə iştirak edir. Bunlar Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan var.
Musavat.com