Türkmənistan İran üzərindən svop yolu ilə qaz ixracını genişləndirməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə açıqlamanı ölkənin xarici işlər naziri Raşid Meredov Aşqabadda keçirilən Türkmənistan-İran biznes forumunda açıqlayıb.
Meredov bildirib ki, artıq İran tərəfi ilə müvafiq razılaşmalar əldə olunub.
Qeyd edək ki, Türkmənistan hazırda İran üzərindən svop yolu ilə Azərbaycana gündə 7-7.5 milyon kubmetr qaz çatdırır. Noyabrın əvvəlində İraqla imzalanan müqaviləyə əsasən növbəti 5 il ərzində ildə bu ölkəyə eyni üsulla 9 milyard kubmetr qaz çatdırılacaq.
Son 2 ildə Aşqabad qaz ixracı coğrafiyasını genişləndirmək siyasətini kəskin aktivləşdirib. Bu proses Rusiya ilə qaz ticarəti minimuma endirilməklə həyata keçirilir. Türkmənistan həmçinin Xəzər dənizindən Azərbaycana, buradan Avropaya qaz nəql edəcək Transxəzər boru xətti layihəsi ilə bağlı çalışmalara başlayıb.
Musavat.com