Türkmənistan Almaniya şirkətlərini qaz yataqlarında işləməyə çağırdı  

Almaniyada səfərdə olan Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdumuhammedov alman şirkətlərini Xəzər dənizindəki qaz yataqlarını birgə işləməyə dəvət edib.

Türkmənistanın rəsmi mətbuatı xəbər verir ki, Berdumuhammedov kansler Şolsla görüşündə Almaniya şirkətlərinin artıq bu sahədə təcrübəsinin olduğunu və həmin təcrübənin genişləndirilməsinə ehtiyac duyulduğunu qeyd edib.

Berdumuhammedov həmçinin ölkəsinin Transxəzər qaz dəhlizi ideyasına sadiq olduğunu və Avropa İttifaqı ilə bu məsələ barədə dialoqa hazır olduğunu deyib.

Qeyd edək ki, hazırda Türkmənistanda alman şirkətlərinin iştirakı ilə 1.6 milyard dollar dəyərində 196 layihə həyata keçirilir.

Musavat.com

30.09.2023 15:02
672