Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə sülh çağrısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.
H.Fidanın onu da əlavə edib ki, 2024-cü il ərzində Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində müsbət nəticənin əldə edilməsi sual altındadır.