Türkiyənin XİN başçısı: "Ukraynada atəşkəslə bağlı ümidimiz artıb"


“Ukrayna və Rusiyadan olan həmkarlarımız Dmitro Kuleba və Sergey Lavrovu yenidən Antalyada görməyə sevinərik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

“Liderlər səviyyəsində də müzakirəyə ev sahibliyi etmək istəyərik. Atəşkəslə bağlı ümidimiz artıb”, - o vurğulayıb.

17.03.2022 18:52
471