Türkiyədə baş vermiş dəhşətli zəlzələlərin ardından ən çox zərər çəkən şəhərlərdən biri olan Hatayda oğurluq durmadan artır.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana Ədliyyə müdirliyi tərəfindən Hataya ezam edilən Xüsusi Təyinatlı polis qüvvələri tərəfindən Hatayda zəlzələdən uçmuş evlərə girərək vətəndaşların mallarını oğurlayan xüsusi qrup yaxalanıb.
Türkiyə saytları hadisəyə aid foto və videoları "Türkiyənin üz qaraları" başlığı ilə yayımlayıblar.