Türkiyənin ticarət donanmasında olan gəmilərin sayı AÇIQLANDI

Türkiyənin dəniz ticarət donanmasında 410 gəmi var.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin dəniz donanmasında 80 quru yük gəmisi, 67 neft tankeri, 47 konteyner gəmisi, 36 yük daşıyıcısı, 4 bərə gəmisi və 176 başqa tip gəmi olmaqla cəmi 410 gəmi var.

O bildirib ki, sözügedən gəmilərin orta yaş həddi 22 ildir.

"Bunlardan 12-si (26 108 DWT) yerli, 8-i (41 477 DWT) idxal gəmisi Milli Gəmi Reyestrinə daxil edilib. 142 yerli (937 948 DWT) və 248 idxal gəmisi isə (5 790 913 DWT) Türkiyənin Beynəlxalq Gəmi Reyestrində qeydiyyata alınıb", - nazir deyib.

Musavat.com

22.05.2024 13:54
742