Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara məxsus mağaraları məhv edib

Türkiyə təhlükəsizlik qüvvələri dövlət sərhədi boyu və ölkə daxilində antiterror əməliyyatlarını uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Ağrı vilayətinin Doğubayazıt və Van vilayətinin Çaldıran rayonları arasında yerləşən Tendürek (3533 metr) ilə Kiçik Tendürek (3291 metr) dağlarında həyata keçirilən əməliyyatlar nəticəsində zirvəli bölgələr terroristlərdən təmizlənib.

Qəhrəman türk hərbçilər indiyədək bölgədə 150-dən yuxarı mağara, sığınacaq aşkarlayıblar. Onlardan 70-ə yaxınından bunker kimi istifadə olunub. Bunkerlədə yaşayış üçün vəsaitlər, o cümlədən cəbbəxana və logistik ləvazimat ələ keçirilib. Adı çəkilən bölgələr Türkiyə təhlükəsizlik qüvvələrinin tam nəzarətinə keçib.

19.09.2022 16:28
463