Türkiyənin reytinqli serialında efirə getməyən qalmaqallı ögey ana səhnəsi - VİDEO/FOTO

Türkiyənin ən reytinqli seriallarından olan "Kızılcık Şerbeti" ilə bağlı qalmaqal yaşanıb.

Milli.Az-ın məlumatına görə bu ekran işindəki yataq səhnələri ilə bağlı olub. Belə ki, Show TV-nin ən baxımlı seriallarından olan "Kızılcık Şerbeti"ndəki əxlaqsız səhnə çəkilməsinə rəğmən efirə getməyib.

Jurnalist Birsen Altuntaş bildirib ki, ekran işində Kaan Taşanerin canlandırdığı Giray obrazı ilə ögey ana rolunu ifa edən Şebnem Dönmezin canlandırdığı Heves obrazının sevişmə səhnəsi çəkilməsinə rəğmən efirə verilməyib.

Qeyd edək ki, sözügedən serialın rejissoru Faruk Turgutdur. Ekran işinin baş rollarını Barış Kılıç, Evrim Alasya, Ahmet Mümtaz Taylan, Sıla Türkoğlu, Sibel Taşçıoğlu və Doğukan Güngör ifa edir.

16.10.2024 13:47
2403