"Aİ Türkiyəyə işarə edir ki, Ankara blokun tamhüquqlu üzvü olmaq istəyirsə, Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləməlidir".
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Avropa İttifaqı Ankaranın BRİKS-ə müraciət etməsi xəbərindən sonra Türkiyəyə xatırladıb ki, Aİ üzvlüyünə namizədlər blokun ümumi xarici siyasətinə, eləcə də təhlükəsizlik sahəsində xəttə riayət etməlidirlər.
"Bu, Türkiyə Avropa Birliyinə üzv olmaq istəsə, anti-Rusiya sanksiyalarına qoşulmağın bariz göstəricisidir", - Lavrov vurğulayıb.
Qeyd edək ki, sentyabrın 2-də "Bloomberg" agentliyi, Türkiyə 2006-cı ildən mövcud olan BRİKS alyansına qoşulmaq üçün rəsmi ərizə verdiyini açıqlayıb. Hazırda assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir./publika.az