Türkiyənin pop ulduzu Serdar Ortaç Bakıda konsert verdi - FOTO

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın Bakı konserti baş tutub.

Oxu.Az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında sevənləri qarşısında konsert proqramı ilə çıxış edib.

Sənətçinin ilk ifası çox sevilən “Mesafe” mahnısı olub.

Müğənni pərəstişkarlarına möhtəşəm gecə yaşadıb. Serdar səhnədə sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi hitləri səsləndirib.

“Gamzelim”, “Sana Uzandım”, “Ben Adam Olmam”, “Yaz Yağmuru”, “Değmez”, Dansöz”, “En Büyük Aşkım”, “Gitme”, “Mesafe”, “Bebeğim Oldun” ve “Başardın Ağlatmayı” , Şeytan”, “Ayrılmam”, “Gram”, “Heyecan”,”Poşet”, “İşim Olmaz”, “Mikrop”, “Haksızlık”, “Yeşil Su” ve “Kolayca” ,” Nankör”, “İki deli”, “Giybet”,Dansöz”, “En Büyük Aşkım”, “Gitme”, “Mesafe”, “Bebeğim Oldun” ve “Başardın Ağlatmayı” kimi sevilən hitləri ilə fanatlarını coşdurub. Müğənninin bütün ifalarını pərəstişkarları onunla birlikdə səsləndiriblər.

Qeyd edək ki, konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manat idi.

05.04.2024 23:25
1129