Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Musavat.com xəbər verir ki, bununla bağlı nazirlik tviter sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunur: "Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusundakı qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına başsağlığı və səbr diləyirik".