Türkiyənin müdafiə naziri: “Ermənistan təxribatlardan əl çəkməlidir”

“Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır.

H. Akar sərhəddəki şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib: “Türkiyə olaraq bu günə kimi olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək deyil”.

04.10.2022 16:41
445