Türkiyənin məşhur şousunun aktyoru Bakıya gəlir  

Türkiyənin məşhur "Tolgshow" proqramının aktyoru Tolga Çevik sentyabr ayında Bakıya gələcək.

Musavat.com bildirir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, sentyabrın 17-si, saat 20:00-da Bakı Konqres Mərkəzində çıxış edəcək.

“Ən sonda, gözəl dostlarla möhtəşəm bir axşam yaşamaq üçün Bakıda olacağam”,- deyə sənətçi qeyd edib.

Xalidə Gəray
Musavat.com

 

13.07.2022 19:00
472