Oktyabrın sonunda Türkiyənin ixracı 23,6 milyard dolları keçib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin ticarət naziri Ömər Bolat Antalyadakı çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, göstərici oktyabr ayı üçün rekorddur. Nazir bildirib ki, 2024-cü ilin 10 ayı ərzində Türkiyənin ümumi ixracı bir il əvvəlki 209,7 milyard dollara qarşı 216,4 milyard dollar təşkil edib. Bu isə o deməkdir ki, ixrac 6,7 milyard dollar artıb.
Ö.Bolat qeyd edib ki, ilin əvvəlindən Türkiyənin idxalı 282 milyard dollar təşkil edib, 2023-cü illə müqayisədə bu, 7,2 faiz və ya 22 milyard dollar azalma deməkdir. Nəticədə xarici ticarət kəsiri 28,6 milyard dollara qədər azalıb ki, bu da rekord göstəricidir.
Qeyd edək ki, 2023-cü ilin sonunda Türkiyənin ixracı 255,8 milyard dollar, idxalı isə 361,8 milyard dollar təşkil edib.
Musavat.com