“Türkiyənin ilk pilotsuz qırıcısının istehsalına başlanılacaq”

“Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, “Baykar” tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin istehsalına 2023-cü ilin sonuna kimi başlanılacaq.

Qeyd edək ki, “Bayraktar Kızılelma”nın ilk uçuşunun həyata keçirilməsi planlaşdırılır.

26.11.2022 23:50
654