Türkiyənin ən böyük kriptobirjası hücuma məruz qaldı — ilkin zərər 50 milyon dollar

Türkiyənin ən iri kriptovalyuta birjası BtcTurk kiberhücum nəticəsində ciddi maliyyə itkiləri ilə üzləşib.

Musavat.com xəbər verir ki, şirkətin açıqlamasına görə, insident zamanı birjanın “isti” pul kisələrindən təxminən 50 milyon ABŞ dolları həcmində kriptoaktiv oğurlanıb.

BtcTurk rəhbərliyi hadisədən dərhal sonra təhlükəsizlik protokollarını işə salıb və istintaq başladığını bildirib. Şirkət, həmçinin, müştərilərin “soyuq” pul kisələrinin zərər görmədiyini vurğulayıb.

Qeyd edək ki, bu, BtcTurk-un son bir ildə ikinci böyük kiberhücuma məruz qalmasıdır. Məhz ötən ilin iyun ayında analoji üsulla təxminən 54 milyon dollar dəyərində kriptovalyuta oğurlanmışdı.

Musavat.com

14.08.2025 17:27
431