Türkiyənin DİN rəhbərindən Azərbaycana dəstək - FOTO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu azərbaycanca paylaşım edib.

Musavat.com xəbər verir ki, o, tviter hesabında Azərbaycana dəstək verib.

“Birdir hər bir halımız,

Sevincimiz – məlalımız.

Bayraqlarda ayparamız,

Azərbaycan-Türkiyə”.

Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığı verirəm.

Məqamları yüksək olsun, inşallah”, - deyə DİN rəhbəri sosial şəbəkə hesabında yazıb.

14.09.2022 12:17
1037