Türkiyənin "Boz Qurdlar" təşkilatının keçmiş rəhbəri öldürülüb

Türkiyənin "Boz Qurdlar" təşkilatının keçmiş rəhbəri, professor Sinan Atəş Ankarada öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Sözçü” qəzeti məlumat yayıb.

Sinan Atəş başından, Selman Bozkurt adlı şəxs isə çiynindən yaralanıb.

Atəşə təcili yardım maşınında ürək masajı edilib, sonra isə özəl xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

01.01.2023 07:13
1235