Türkiyənin bir neçə şəhərində istilər rekord vurub

Türkiyənin bir neçə şəhərində havanın temperaturu yuxarı qalxıb, Bursada 32 dərəcə isti qeydə alınıb.

Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, 1928-ci ildən indiyədək noyabr ayı üçün mütləq rekord sayılır.

İstanbulda temperatur +26,7°C-ə yüksələrək, 1950-ci ilin noyabrındakı +27°C-yə yaxınlaşıb. İzmirdə isə 64 illik isti temperatur rekordu yenilənib. Şəhərdə temperatur +30,2°C-yə qədər qalxıb. ​\\report.az

05.11.2023 00:16
755