Türkiyənin Bakıdakı səfirliyinə media üzrə müşavir təyin olundu

 Türkiyənin Azərbaycandakı səfirliyinə yeni media üzrə müşavir təyin olunub.

Məlumata görə, bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilib.

Cihangir İşbilir bundan əvvəl Türkiyənin “Anadolu” informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu il oktyabrın 11-dən səfirlikdə çalışıb.//Modern.az

01.03.2024 18:36
339