Türkiyənin Azərbaycandakı səfirindən təşəkkür paylaşımı

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədər Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Musavat.com-un məlumatına görə, səfir bu barədə tviterdə paylaşım edib.

“İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”– səfir vurğulayıb.

 

Musavat.com

14.11.2022 23:52
529