Ötən gün İstanbuldakı hotellərdən birində gözəllik müsabiqəsinin yekun nəticələri elan edilib.
Ayliz Duman "Miss Universe Türkiye 2024" müsabiqəsinin qalibi olub.
20 yaşlı alman əsilli qız müsabiqədə birinci yeri tutub. O, növbəti mərhələdə "Kainat gözəli" müsabiqəsində Türkiyəni təmsil edəcək.
İngilis və alman dillərini mükəmməl bilən Aylizin boyu 175 santimetrdir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə təşkil olunan gözəllik müsabiqəsində qalib olan şəxs görünüşünə görə sosial şəbəkələrdə ələ salınmışdı./Milli.Az