Türkiyəli sürücü Göygöldə öldü

Türkiyə vətəndaşı Azərbaycanda ölüb.

Musavat.com APA-ya istinadən bildirir ki, Türkiyə vətəndaşı, "Ağaclı" şirkətində sürücü işləyən, 1962-ci il təvəllüdlü Söğüt Zikri Hakkı oğlu Göygöl rayonu Ballı kəndində sürücülərin istirahəti üçün nəzərdə tutulmuş avtomobil parkında ölüb.

Faktla bağlı araşdırma aparılır.

07.12.2023 10:48
615