Türkiyəli qızcığaz erməni futbolçunun əlini havada qoydu - FOTO

Türkiyəli sosial şəbəkə istifadəçilərinin yaydığı bir foto Ermənistan mediasında da geniş müzakirə olunur.

Musavat.com bildirir ki, Türkiyə-Ermənistan futbol millilərinin Əskişəhərdəki qarşılaşmasında erməni futbolçularla birlikdə meydana daxil olan qızcığaz valideyninin göstərişi ilə erməni futbolçunun əlindən tutmaqdan imtina edib.

TURK.jpeg (30 KB)

Bildirilir ki, 3-4 yaşlı qız türk sosial şəbəkə istifadəçiləri tərəfindən "milli qəhrəman" elan edilib. Erməni mediası yazır ki, bir çox türk istifadəçisi bunu ermənilər üzərində qələbə hesab edir, bəziləri isə azyaşlı qızın türklərin şərəfini qoruduğunu iddia edib.

Musavat.com

09.09.2023 17:31
1943