Türkiyəli məşhur yazıçı saxlanıldı: İnsanları aldadaraq bir milyard dollar qazanıb

Türkiyəli məşhur yazıçı Aşkım Kapışmak İstanbulda yüksək qazanc vədi ilə insanları aldatdığı üçün cinayətkar şəbəkəyə qarşı əməliyyat çərçivəsində saxlanılıb.

O, kriptovalyuta alqı-satqısı platforması vasitəsilə "Sıfır risklə yüksək qazanc" vədi ilə fırıldaqçılıq edib.

"Cybergöz-42" əməliyyatları çərçivəsində ələ keçən yazıçı Ankaraya aparılıb.

Onun bir qrup şəxslə birgə bir milyard dollar haqsız qazanc əldə etdikləri bildirilib.//Oxu.az

31.05.2024 04:01
1730