Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyəli məşhur aktyor, serial ulduzu Civan Canova 67 yaşında vəfat edib.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, bu barədə aktyorun sənət dostu Esma Dermancıoğlu məlumat yayıb.

“Hüzur içində yat. Əlbət bir gün yenidən görüşəcəyik”, - deyə, Esra paylaşımına əlavə edib.

Qeyd edək ki, Cihan Canova “Üç kuruş”, “Fatmagülün suçu ne”, “Paramparça”, “Atiye”, “Çiçek taksi”, “Karadayı” kimi bir çox məşhur seriallarda rol alıb.

20.08.2022 20:28
1110