Türkiyəli məşhur 5-ci dəfə evlənir

Türkiyəli müğənni-aktyor Yavuz Bingöl beşinci dəfə evlənməyə hazırlaşır.

Musavat.com axşam.az-a istinadən bildirir ki, sənətçi özündən 21 yaş kiçik olan memar nişanlısı Nilşah Ağaoğlu ilə nikah masasına oturacaq.

6 ildir münasibətdə olan cütlük oktyabrın 25-də Ayvalıkda toy edəcək.

Yavuz Bingölün nikah şahidi yaxın dostu Oktay Kaynarca, Nilşah Ağaoğlunun şahidi isə müğənni Elif Buse Doğan olacaq.

04.09.2024 12:21
353